header

 Zərif: “Səudiyyə rejimi və BƏƏ ilə yaxşı əlaqələr qurmaq istəyirik”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif region ölkələri ilə yaxşı münasibətlərə malik olduqlarını və eyni münasibətləri Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də qurmaq istədiklərini söyləyib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, İran inqilabının 40-cı ildönümü münasibətilə paytaxt Tehranda keçmiş xarici işlər nazirləri və səfirlərin iştirakı ilə keçirilən iclasda danışan M.C.Zərif, region ölkələri ilə münasibətlərə dair qiymətləndirmələr edib.

İranın qonşuları ilə münasibətlərinin tarixdə heç görünmədiyi qədər yaxşı olduğunu və bundan məmnun olduqlarını bildirən M.C.Zərif, belə deyib: “Rusiya, Türkiyə, Pakistan, İraq və Fars Körfəzindəki bəzi ölkələrlə misilsiz əlaqələrimiz var. Eyni münasibətləri Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də yaratmaq istəyirik. Bir istisna xaricində dünya ilə yaxşı əlaqələr qurmaqda heç bir problemimiz yoxdur”.

15 iyul dövlət çevrilişi cəhdinə toxunan M.C.Zərif, belə davam edib: “Türkiyə xaricdən istiqamətləndirilən çevrilişçilərin təcavüzünə məruz qalanda gecə boyunca Türkiyə hökuməti ilə həmrəy idik. Çünki hərbi qüvvələrin demokratiyanın iqtidarına hakim olmasını qəbul etməmişik”.

Amerikalıların mütəmadi olaraq onlardan, “Bu regionda nə axtarırsınız?”, deyə soruşduğunu xatırladan M.C.Zərif, məhz ABŞ-ın burada nə axtardığını soruşmağın lazım olduğunu, çünki onların bu bölgədə yaşadığını və bu torpaqlardan çıxmalarının mümkün olmadığını qeyd edib.

M.C.Zərif bölgədə İsrail rejimi ilə ittifaq qurulduğu barədə iddialara dair isə, bunları deyib: “İsrail rejimi müttəfiqlərinin regionda yeri yoxdur. Samandan bir ittifaqla (İsrail Baş Naziri Benyamin) Netanyahunu hakimiyyətdə saxlamaq istəyənlərin vəziyyəti qumdan qala düzəldənlərin vəziyyəti kimidir”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif region ölkələri ilə yaxşı münasibətlərə malik olduqlarını və eyni münasibətləri Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də qurmaq istədiklərini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap