header

 ABŞ Suriyanı bombalayır - 70-ə qədər ölü və yaralı var YENİLƏNİB

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada mülki insanların canını alır...

 

“Tashaio.com” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

 

ABŞ qüvvələrinin Deyr əz-Zur əyaləti Bukamil şəhər ətrafında bombardımanı davam edir. Amerikan təyyarələri terrorçu adı ilə şəhəri və bu ətrafda olan qaçqın düşərgələrini vurur. 

 

İŞİD və ABŞ əsgərlərinin əlindən qaçıb sığınacaqlara yerləşən insanlar bura da təyyarələrin hədəfinə tuş gəlib.

 

Agentliyin bildirdiyinə görə 70-ə yaxın insan ölürülüb və ya yaralı vəziyyətdədir.

 

 

************************************************************************************************************************************

 

Yerli mənbələrdən agentliyə bildirilən məlumatlara görə bu gecə ABŞ qüvvələrinin İraq sərhəddi yaxınlığında, Bukamil şəhərinin Bağuz kəndini bombalaması nəticəsində 20-yə yaxın insan ölüb. Bunların 7-si uşaq olmaqla 16-sı mülki şəxsdir.

 

Həmçinin öncəki gecə də 4 mülki şəxsin öldürüldüyü bildirilirdi.

 

Qeyd edək ki, 2014-dən bəri ABŞ qüvvələrinin Suriyada ümumilikdə minlərlə mülki şəxsi öldürdüyü bildirilir.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada mülki insanların canını alır...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap