header

 İmad Muğniyənin İsrail sui-qəsdi nəticəsində qətlə yetirilməsindən 11 il keçir

Bu gün "Hizbullah"ın əfsanəvi komandiri İmad Muğniyənin İsrail xüsusi xidmət orqanları tərəfindən qətlə yetirildiyinin 11-cu ilidir

Tashaio.com xəbər verir ki, bu gün "Hizbullah"ın əfsanəvi komandiri İmad Muğniyənin İsrail xüsusi xidmət orqanları tərəfindən qətlə yetirildiyinin 11-ci ildönümüdür.

Qeyd edək ki, 2008-ci il fevral ayının 12-də İmad Muğniyənin də olduğu avtomobil terror hücumu nəticəsində partladılır. Üç nəfərin həyatını itirdiyi  bu partlayışda "Hizbullah"ın komandanı İmad Muğniyə də dünyasını dəyişir.

İsrailin xüsusi xidmət orqanlarının rəsmilərindən bir şəxs bu terror aktından sonra mediaya açıqlamasında bunları deyir: "Biz uzun zamandır rahat nəfəs ala bilmirdik. O, nəinki həyatda, hətta yuxularımızda da kabusa çevrilmişdi. Biz hər an İmad Muğniyyədən yeni əməliyyat gələcəyini gözləyirdik. İmad Muğniyyə öldürüldüyündə biz buna inanmamışdıq. Çünki o, dəfələrlə öz haqqında olan bütün məlumatları və simasını dəyişdirmişdi. Onu tapmaq bizim üçün hər gün daha da çətinləşirdi. Keçirdiyimiz sui-qəsd planları baş tutmurdu. Lakin biz kabusumuza qalib gəldik və onu öldürdük. Bundan sonra İsrail rahat nəfəs ala bilər".

Bu gün "Hizbullah"ın əfsanəvi komandiri İmad Muğniyənin İsrail xüsusi xidmət orqanları tərəfindən qətlə yetirildiyinin 11-cu ilidir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap