header

 Əfqanıstanda 60-a yaxın "Taliban" üzvü məhv edilib

Əfqanıstanda xarici terrorçular və "Taliban" qruplaşmasının üzvlərinə qarşı yönələn əməliyyatlar çərçivəsində ən azı 56 terrorçu məhv edilib.

“Tashaio.com” - Gilmend vilayətində "Taliban" qruplaşmasının 31 üzvü məhv edilib, terrorçuların partlayıcı qurğuları, silah və döyüş sursatları ələ keçirilib.

 

Yerli KİV-lər qeyd edir ki, daha 11 talib xüsusi təyinatlı qüvvələrin Vardak vilayətinin Seyidabad qəzasında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

 

Hərbi mənbələrin məlumatına görə, digər terrorçular Loqar (2 terrorçu), Kunar (1 terrorçu), Qazni (4 terrorçu) vilayətlərində və Tarinkot (7 terrorçu) şəhərində məhv edilib.

 

Ölkənin Paktiya vilayətinin Caci qəzasında keçirilən əməliyyatlar nəticəsində isə xarici terrorçularla əlaqələri olan 4 nəfər saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri və vətəndaşlar arasında ölənlər barədə məlumat yoxdur.(Trend)

Əfqanıstanda xarici terrorçular və "Taliban" qruplaşmasının üzvlərinə qarşı yönələn əməliyyatlar çərçivəsində ən azı 56 terrorçu məhv edilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap