header

 Ayətullah Cavadi Amulinin dilindən Həzrət Fatimənin (s.ə) şəhadəti

Həzrət Əli (ə) evə girdikdə Fatimənin (s.ə) cansız bədəni ilə qarşılaşıb, yanında da yazılı bir vəsiyyətnamə. Həzrət Zəhra (s.ə) daha əvvəl şifahi olaraq vəsiyyətini onsuz da bildirmişdi. Amma bununla kifayətlənməmiş, bir də yazılı vəsiyyət qoymuşdu.

Tashaio.com xəbər verir ki, tanınmış İslam alimi Ayətullah Cavadi Amuli Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə çıxışında maraqlı məqamlara toxunub:
 
Həzrət Əli (ə) evə girdikdə Fatimənin (s.ə) cansız bədəni ilə qarşılaşıb, yanında da yazılı bir vəsiyyətnamə. Həzrət Zəhra (s.ə) daha əvvəl şifahi olaraq vəsiyyətini onsuz da bildirmişdi. Amma bununla kifayətlənməmiş, bir də yazılı vəsiyyət qoymuşdu. Vəsiyyətnaməsinə bu sözlər yazılmışdı: "Mənə gecə qüsl ver, gecə hanut sürt, gecə kəfənlə və gecə torpağa ver". Bəli, o, Peyğəmbərin qızıdır, on bir İmamın anasıdır, bunlar öz yerində əhəmiyyətli məqamlardır. Amma bizim Həzrət Zəhraya (s.ə) tökdüyümüz göz yaşlarının mühüm bir hissəsinin səbəbi budur ki, o həzrətin məqamının İslam cəmiyyətinə çatmasına mane oldular. Onun məqamı təhqir olunacaq bir məqam deyildi.
 
Mərhum Kuleyni kitabında bu rəvayəti nəql etmişdir: Cəbrail Peyğəmbərin (s) vəfatının ardından Həzrəti Fatiməyə (s.ə) nazil olardı, aləmin sirlərini və maarifni ona bildirərdi. Əli ibn Əbu Talib də bunları yazırdı. Bəli, Cəbrayıl Fatiməyə (s.ə) enib, sirrləri öyrədir. Əgər bu qapı müsəlmanların üzünə açıq olsaydı, bir çox elmlər həllini tapardı. Bir dəfə İmam Xomeyni demişdi: Əsasən Cəbrayıl hər peyğəmbərə nazil olmaz, peyğəmbərlərin ən xalis olanlarına enər, ulul-əzm peyğəmbərlərə nazil olardı. Düşünün, Cəbrail Həzrəti Fatiməyə (ə) nazil olur, ona ilahi maarifdən danışır, Əli ibn Əbu Talib də bunları yazır və "Mushəfi Fatimə" ortaya çıxır! Bəzən Əhli-beyt imamları qeyb xəbərləri bildirirlər və "bu, nənəmiz Zəhranın müqəddəs kitabında belə gəlib" deyirdilər. İndi tökülən göz yaşları və ahu-fəğanlar belə bir qapının bağlanmış olmasına görədir. Ondan bizə bir çox maarif gəlib, amma bəziləri Fədək və s. məsələləri danışıblar. İmam Əli (ə) buyururdu: Fədək bizim əlimizdə idi və Peyğəmbər qızının malıydı. Amma bir qrup insan onu oğurlamaq istədi və gəlib onu ələ keçirdilər. Biz də heç nə demədik. Əslində onlar Uca Allahın bizim yanımızda əmanət kimi qoymuş olduğu ilahi sirləri qəsb etmiş oldular. Bu sirləri insanlara çatdırmağa mane oldular və cəmiyyəti azğınlığa çəkdilər. Bu üzdən Fatimə (s.ə) həm şifahi, həm də yazılı vəsiyyətnamə qoyub bunu dedi: "Bizə zülm etmiş olanların mənim dəfn mərasimimdə iştirak etmələrini istəmirəm. Onun üçün mənə gecə qüsl verib, gecə torpağa tapşır.
 
Həzrət Əli (ə) Fatimeyi Zəhraya (s.ə) gecə vaxtı qüsl verib kəfənlədikdən sonra uşaqlarını çağırıb, "Həsən, Hüseyn, Zeynəb, Ümmü Gülsüm, gəlin, ananızla vidalaşın və ondan azuqə götürün" dedi. Əslində bizim bu gördüyümüz də Həzrət Zəhradan (s.ə) azuqə almaq istəyimizdən irəli gəlir. Bəli, bizlər bu təziyələrimizlə, bu təvəsülümüzlə o həzrətin məqamına olan ədəb və ehtiramımızı bildirir, bununla da dünya və axirətimiz üçün azuqə almağa çalışırıq.
 
İmam Əli (ə) Fatimənin (s.ə) bədənini qəbrə qoyduğu zaman belə ərz etdi: Ey Allahın Rəsulu! Qızın sənin yanına gəlir. Qapı ilə divar arasında nə çəkdiyini mənə demədi, amma sən atasan, sənə ehtiramı çoxdur. Ondan soruş, sənə məlumat versin. Mənim edə biləcəyim bu qədərdir, daha artığını edə bilməzdim. Sənə səndən sonrakı bütün hadisələri xəbər verəcəkdir. Ona Səqifədə nə etdiklərini soruş. Məni əllərim bağlı halda məscidə aparmalarını danışacaqdır."
Həzrət Əli (ə) evə girdikdə Fatimənin (s.ə) cansız bədəni ilə qarşılaşıb, yanında da yazılı bir vəsiyyətnamə. Həzrət Zəhra (s.ə) daha əvvəl şifahi olaraq vəsiyyətini onsuz da bildirmişdi. Amma bununla kifayətlənməmiş, bir də yazılı vəsiyyət qoymuşdu.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap