header

 İranlı general: “İŞİD-i Əfqanıstana ABŞ gətirdi”

Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xameninin ali hərbi məsləhətçisi general-mayor Yəhya Səfəvi ABŞ-ın İŞİD-i Əfqanıstana apardığına dair əllərində dəqiq kəşfiyyat məlumatı olduğunu deyib.

Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xameninin ali hərbi məsləhətçisi general-mayor Yəhya Səfəvi ABŞ-ın İŞİD-i Əfqanıstana apardığına dair əllərində dəqiq kəşfiyyat məlumatı olduğunu deyib.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, general-mayor Y.Səfəvi Tehran Universitetində inqilabın 40-cı ildönümü münasibətilə təşkil olunan mərasimdə çıxış edib.

 

İŞİD-in ABŞ, Böyük Britaniya, İsrail rejimi və bəzi ərəb ölkələri tərəfindən dəstəkləndiyini qeyd edən Y.Səfəvi, belə davam edib: “Amerikalılar, sionistlər və bəzi ərəb ölkələrinin hiylələri nəticəsində 100 mindən artıq İŞİD-çi Suriya və İraqın başına bəla oldu. Bundan sonra da Xorasan Xilafəti qurmaq iddiası ilə terrorçuları İrana göndərmək istədilər və bu istiqamətdə bir əmir də təyin etdilər. Amerikalıların hal-hazırda İŞİD terrorçularını Əfqanıstana göndərdiyinə dair dəqiq məlumata malikik”.

 

 

Əfqanıstanda son bir ayda Taliban və İŞİD hücumlarında əksəriyyəti mülki vətəndaşlar olmaqla yüzlərlə insan həlak olub. Ölkə Talibanla İŞİD arasındakı qarşıdurmalara şahidlik edir.

Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xameninin ali hərbi məsləhətçisi general-mayor Yəhya Səfəvi ABŞ-ın İŞİD-i Əfqanıstana apardığına dair əllərində dəqiq kəşfiyyat məlumatı olduğunu deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap