header

 Namaza etinasız yanaşanlar bilsinlər...

Namaza tələsin

Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza etinasızlıq isə mənəviyyata məhəbbətin zəif olmasına dəlildir.

İmam Əli (ə) buyurur:

“Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.” (“Bihar”, 84-cü cild, səh.242.)

“Namaza yüngül yanaşanlar və onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.19.)

İmam Sadiq (ə) buyurur: “Namaza yüngül yanaşanlar bizim şəfaətimizə nail olmazlar.”

İslam Peyğəmbəri (s) buyurur:

“Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxsə...” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.19.)

“Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olunmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.” (“Səfinətul-bihar”, 2-ci cild, səh.43.)

“Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.15.)

Peyğəmbər (s) buyurur ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə, Allah ona buyurur: “Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini Məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı Mənəm... Əgər Məni düşünsən, Mən və mələklərim səni düşünərik...” (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.173; “Nəhcül-fəsahə”, 1098-ci kəlam; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.52-53.)

Namaza tələsin
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap