header

 “Halal gülüşü cəmiyyətə təqdim edə bilməsək...” - Ustad Qiraəti

Tanınmış alim höccətül-islam Möhsin Qiraəti təbliğlə bağlı tövsiyələr edib

Tanınmış alim höccətül-islam Möhsin Qiraətinin təbliğlə bağlı tövsiyələri...

Ustad Qiraəti təbliğatla bağlı böyük alimlərdən sitat gətirərək deyib: “Ayətullah Burucerdi ayə və rəvayətlərin insanlar üçün açıqlanmasını ciddi tapşırardı. İlkin mərhələdə təhsil alan tələbə təbliği ailəsindən başlamalıdır. Təbliğ mübəlliğin maddi ehtiyacına görə tənzimlənməməlidir".

Ustad Qiraəti daha sonra cəmiyyətdə halal yumor və gülüş mədəniyyətinin təqdimatından son açaraq "Halal gülüşü cəmiyyətə təqdim edə bilməsək cavanlar haram gülüşün tapacaqlar. 35 ildir ki, cümə axşamı günləri TV-dən yayımlanan proqramım tətil olmayıb. Statistikaya görə 35 ildə 12 min dəfə insanları güldürmüşəm. Təbliğ gülərüz və məhəbbətlə olmalıdır." deyə bildirib.

Ustad Qiraəti müsəlmanların işlərinin Qurana uyğun olmasının lazımlığından danışaraq deyib: "İşlərimiz Quranla tənimlənməlidir. Təəssüf olsun ki, Quranı lazımınca təbliğ edənimiz yoxdur.”

Tanınmış alim höccətül-islam Möhsin Qiraəti təbliğlə bağlı tövsiyələr edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-29-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap