header

 İmam Əlinin (ə) hərəminin minarəsinin yenilənməsi bitmək üzrədir

İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəminin cənub minarəsinin bərpası və yenilənməsi işlərinin 70%-i tamamlanıb.

İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəminin cənub minarəsinin bərpası və yenilənməsi işlərinin 70%-i tamamlanıb.

 

Tashaio.com İmamali saytına istinadən xəbər verir ki, bir ildən artıqdır ki, davam edən minarənin yenilənməsi işləri çərçivəsində, minarədə aşınmaya məruz qalmış qızıl piltələri yenisilə əvəzlənir.

 

Müqəddəs ziyarətgahın idarə heyətinin üzvü Fatih Əl-Kirmani, belə bir açıqlama ilə çıxış edib: “Minarə bütün müqəddəs məbədin qədim olan tarixi və arxeoloji abidələrindən biridir. Əl-Səaa qapısına baxan qızıl eyvanda yeniləmə və bəzədilmə layihəsinin gələcək mərhələlərinə çatdıq. Layihənin mərhələləri əxlaqi və arxeoloji qiymətlərini qorumaq üçün qızıl kərpiclərin çıxarılması, mühafizə edilməsini və ölçüləri və sabit spesifik xüsusiyyətini dəyişdirmədən orijinal yerlərinə yerləşdirilməsindən ibarət idi. Cənub minarəsində işlərin 70%-i tamamlanıb. İlk addım qızıl lövhələri (kərpicləri) nömrələmə, sonra bunları qızıl emalatxanasında saflaşdırmaq idi”.

 

Aşağıda minarədə aparılan təmir işlərini əks etdirən fotolara baxa bilərsiniz.

İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəminin cənub minarəsinin bərpası və yenilənməsi işlərinin 70%-i tamamlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-28-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap