header

 Qiyamətdə şəfaət

(Şəfaət ayələrinə bir baxış)

Qurani-Kərimdə şəfaətlə bağlı ayələr, həqiqətdə, bir neçə qismə bölünür.

1. Bəzi ayələrdə qiyamət günü şəfaətin olmayacağından söz açılır. “Bəqərə” surəsinin 254-cü ayəsində bu haqda belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

“Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!”

2. Bəzi ayələrdə qiyamət günü şəfaətin yalnız Allaha məxsus olacağından danışılır. Misal üçün, “Zumər” surəsinin 43-44-cü ayələrində belə buyurulur:

أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاء قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ. قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

“Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!” De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun əlindədir. Sonra siz Onun hüzuruna qaytarılacaqsınız!”

(Bax: “Ənam”, 6; “Ənam”, 70; “Səcdə”, 4; “Yunis”, 3.)

3. Bəzi ayələrdə qiyamət günü şəfaət məsələsini Allahın izni ilə şərtləndirir, yəni qiyamət günü yalnız Allahın izin verdiyi kəslər şəfaət edə biləcəklər. Misal üçün, “Səbə” surəsinin 23-cü ayəsində belə buyurulur:

وَلَا تَنفَعُ الشَّفَاعَةُ عِندَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ حَتَّى إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ قَالُوا الْحَقَّ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ

“Onun hüzurunda, izin verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. Nəhayət, (məhşərə gətirilənlərin) ürəklərindən o qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən): “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!” – deyə cavab verərlər.”

(Bax: “Bəqərə”, 255.)

4. Bəzi ayələrdə qiyamət günü şəfaət edəcək və yaxud şəfaət olunacaq kəslər üçün müəyyən şərtlər bəyan olunur. Misal üçün, “Məryəm” surəsinin 87-ci ayəsində yalnız Allahdan əhd-peyman almış – qəlbən iman gətirib saleh əməllər yerinə yetirmiş, şeytandan uzaq durmuş və Allaha həqiqi bəndə olmuş kəslərin şəfaət etməyə qadir olacaqları bildirilir:

لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا

“Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar.” (“Məryəm”, 87.)

Yaxud da “Ənbiya” surəsinin 28-ci ayəsində Allahın razı olduğu şəxslərin şəfaət edəcəyindən söz açılır:

...وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَى...

“...Onlar yalnız (Allahın) razı olduğu kəslərdən ötrü şəfaət edə bilər...”

5. Bəzi ayələrdə də zalımların şəfaət olunmayacağından söz açılır. Misal üçün, “Qafir” surəsinin 18-ci ayəsində belə buyurulur:

وَأَنذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ

“(Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə səmimi bir dostu, nə də sözü qəbul edilən bir şəfaətçisi olar!”

(Şəfaət ayələrinə bir baxış)
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-28-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap