header

 “Taliban”ın qurucusunun oğlu öldürüldü

"Taliban" terror təşkilatının qurucusunun oğlu öldürülüb.

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Pakistanda mulla Yaqub öldürülüb. O, “Taliban” terror təşkilatının qurucusu və dini lideri olmuş mulla Ömərin oğlu idi.

Hadisə Pakistanın Pişəvər şəhərində baş verib.

Məlumata görə, Yaqub naməlum silahlı şəxslər tərəfindən əvvəlcə yaralanıb, daha sonra isə qətlə yetirilib.

Digər mənbələrin məlumatına görə isə, Yaqub qaçırıldıqdan sonra öldürülüb.

“Taliban” terror təşkilatı isə bu məlumatı hələ şərh etməyib.

"Taliban" terror təşkilatının qurucusunun oğlu öldürülüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap