İrandan ABŞ-a sərt tənqid: Afroamerikalıların haqlarını hələ də pozursunuz!
Posted on : iran 01/22/2019
İran XİN ABŞ-ı tənqid edib.
Tashaio.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı afroamerikalıların hüquqlarının pozulmasında ittiham edib.
Zərif, “Press TV” telekanalının afroamerikalı əməkdaşı Mərziyə Haşiminin ABŞ-da tutulması və məhkəmədə ifadənin verilməsi prosedurunun sonunadək həbsdə saxlanılmasına görə rəsmi Vaşinqtonu tənqid edib.
“Vaşinqton jurnalist Mərziyyə Haşiminin qaçış riskinin nə qədər çox olması ilə bağlı izahat verməlidir”, - deyə Zərif qeyd edib.
O bildirib ki, hətta Martin Lüter Kinqin qətlindən 50 il keçməsindən sonra da ABŞ afroamerikalıların hüquqlarını pozmağa davam edir.
Xatırladaq ki, M.Haşimi ötən həftə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində tutulub. Bildirilir ki, xanım jurnalist tutulduqdan sonra onun hicabını açmaq istəyirdilər və təcridxanada onu halal qida ilə təmin etməyiblər.