Şəhidlər - ŞEİR
Posted on :
Ölkə
01/20/2019
Bu nə vəhşilikdir! Bu nə zülümdür!
Bu nə yaşamaqdır, nə də ölümdür.
İnsanlar diriykən yerə gömüldü
Torpağın uğrunda şəhid oldular.
Qanı damcıladı torpağa, yerə
Vətəni son anda gətirdi dilə.
Əbədi yaşaya, əbədi ölə...
Vətənin uğrunda şəhid oldular.
Analar məzarı üstə ağladı,
Qəlbini yandıran səsdə ağladı.
Duman da ağladı, sis də ağladı
Vətənin uğrunda şəhid oldular.
Ananın fəryadı, ana naləsi
Torpağı titrətdi, yeri titrətdi
Ana nəvazişi, ananın səsi
Şəhidə arxadır, şəhidə əhddir.
Ey şəhidin ruhu, ey şəhid səsi
Sən ölü deyilsən, ölü bizlərik.
Sənin məqamına yetişsək, bəlkə
Bax onda, bax o vaxt diriləcəyik!
Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi