Bəhrül-Ülumi: 19 yanvarın ismarişı dünya müsəlman azərbaycanlılarının vəhdəti idi
Posted on : Ərdəbil 01/20/2019
Doktor Abdullah Bəhürl-Ülumi 19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü tədbirində:
“19 yanvarın ismarışı dünya müsəlman azərbaycanlılarının vəhdəti idi.”
Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib. Tədbirin natiqlərindən olan sosial məsələlər üzrə ekspert Abdullah Bəhrül-Ülumi vurğulayıb: “19 yanvarın ən mühüm mesajı dünya müsəlman azərilərinin vəhdət və həmrəyliyi idi. Bu gün ədəbi olaraq tarixin yaddaşına həkk oldu.”
Doktor Bəhrül-Ülumi əlavə edib: “19 yanvar mərasimləri adrıcıl keçirilməlidir. Çünki bu gün çox əhəmiyyət daşıyır. Bu gün Ərdəbil əyalətində çox möhtəşəm bir mərasim keçirildi.”
Ekspert çıxışının digər hissəsində deyib: “Dünya müsəlman azəriləri elmi, mədəni, iqtisadi və digər sahələrdə dəyərli xidmətlər göstərmişdir və bu xidmətlərin hamıya açıqlanması lazımdır.”
Doktor Bəhrül-Ülumi 19 yanvar gününü həqiqətdə ana qucağına və tarixi kimliyə qayıtmağın güzgüsü adlandırıb, bu günün əbədi olaraq tarixdə yaşayacağını deyib.