Türkiyə 53 min suriyalıya vətəndaşlıq verdi
Posted on : Türkiyə 01/19/2019
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib.
“Tashaio.com” - “Hurriyet” qəzetinin bildirdiyinə görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O qeyd edib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.
Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.
Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.(Report)