header

 Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü”nün uca tutulması məqsədilə keçirilən tədbirdə Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi, icra apratının müdirləri, alimlər, ruhanilər və Ərdəbil şəhər sakinləri iştirak edib.

Bu gün Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə baş tutan toplantıda çıxış edən Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu günün dəyərləndirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Dünyanın müsəlman azəriləri birlik göstərmək, lazımi tədbirlər görməklə öz mədəniyyətlərinin qorunmasına və tərəqqisinə təlaş etməlidirlər.”

Məqsədə yetişməkdə böyük məsələlərə əhəmiyyət verməyin açar rolu oynadığına və təsirli olduğuna işarə edən Ayətullah Amili deyib: “Müsəlman azərilər öz kimliklərini belə bir gündə diriltdilər və bu ali kimlikdən məqsədlərə yetişməkdə faydalanmaq lazımdır.

Müsəlman azərilərin hüquqlarını qorumaq, onların problemlərinin həllinə təlaş etmək islami kimliyin dirilməsinə səbəb olur.”

Vəliyyi-fəqihin nümayəndəsi çıxışının digər hissəsində illər boyu müsəlman azərbaycanlıların üzləşdiyi problemlərdən də söz açaraq deyib: “Qarabağ məsələsi bu problemlər sırasındadır və onun tamamilə həll olunması üçün təlaş etmək lazımdır.”

Dünya müsəlman azərbaycanlılarını bir-birinin həmvətənləri adlandıran imam cümə deyib ki, İran İslam Respublikası bütün dünya azərilərinin söykənəcək yeri və vətənidir.

Ayətullah Seyid Həsən Amili etiqadı qorumağı dünya azərbaycanlılarının mühüm vəzifəsi adlandıraraq deyib: “Dünya müsəlman azəriləri bilməlidir ki, onların ilkin kimliyi dini kimlikdir, islami və dini kimliyi heç vaxt nəzərdən qaçırmaq və unutmaq olmaz.”

Ayətullah Amili əlavə edib: “Sovet hökumətinin zəifləməsi nəticəsində sərhədlərə nəzarət də zəiflədi. Bunu hiss edən Azərbaycanın dindar əhalisi İran sərhədlərinə tərəf axışdı. Onlar hər gün Araz çayının sahilində dayanaraq Allahu Əkbər, La ilahə illəllah şüarları səsləndirirdi, İran və iranlılara sevgi və hislərini elan edən şüarlar verirdi.

19 yanvar günü İslam, İran və Azərbaycanın yaddaşında tarixi dönüş nöqtəsi kimi qalacaq. Elə buna görə də qərara gəldik ki, 19 yanvarı “Dünya Müsəlman Azərbaycanlıları Günü” və azəri soyu kimliyinin yenidən özünə qayıtması günü adlandıraq. Çünki bu gün, azərilərin kimliyi üçün tam miqyaslı bir gücgüdür və hər kəs azərilərin kimliyini tanımaq istəyirsə bu günə diqqət yetirsin.

Biz hər il bu günü uca tuturuq və müxtəlif proqramlar həyata keçiririk ki, azərilərin tarix və kimliyi təhrif olunmasın.”

Ərdəbilin imam cüməsi daha sonra deyib: “Kommunist hökumətinin son günlərində Azərbayacan Respublikası əhalisinin böyük bir hissəsi özünün əsl və həqiqi kimliyini dərindən dərk edərək İran İslam Respublikasına tərəf axışdı, sərhəd manelələrini aradan qaldıraraq Araz çayından keçdi, öz keçmiş tarixinə və dini mədəniyyətinə qayıtmaq üçün dərin inanc və sevgisini nümayiş etdirdi.”

Vəliyyi-fəqihin nümayəndəsi vurğulayıb: “Dünya müsəlman azəriləri elm, tərbiyə, insan hüquqları kimi bütün sahələrdə daim öndə olub, müsəlman azəri alimlər İslam və dünyaya çoxlu xidmətlər göstərib.”

Ayətullah Amili əlavə edib: “Ortaq mənəvi irs olaraq İranın böyük şairi Nizami Gəncəvinin heykəli dünyanın bir neçə ölkəsində qoyulmuşdur. Tehran Bələdiyyəsi paytaxtın ən yaxşı yerində onun heykəlini qoymalıdır.”

İran İslam Respublikasının azəri dilinə xidmətlərindən söz açan imam cümə əlavə edib: “Digər dillərin heç bir müdaxiləsi olmadan azərilərə məxsus bir lüğətnamə mövcud deyil. Hal-hazırda xalqın, daxili və xarici alimlərin, tədqiqatçıların əməkdaşlığı və mövcud mənbələrdən istifadə etməklə azərilərə aid lüğətnamə hazırlanır və yaxın gələcəkdə onun birinci cildinin təqdimatı olacaq.”



 

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü”nün uca tutulması məqsədilə keçirilən tədbirdə Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi, icra apratının müdirləri, alimlər, ruhanilər və Ərdəbil şəhər sakinləri iştirak edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap