header

 “Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib” - İranın Baş Qərargah rəisi

Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 17-də İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tashaio.com xəbər verir ki, Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirən Baş nazir hər iki ölkə rəhbərlərinin birgə səyləri nəticəsində bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, əlaqələrimizin genişləndirilməsi, o cümlədən mühüm layihələrin həyata keçirilməsi istiqamətində prezidentlərimiz tərəfindən atılan addımlar ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edir.

Novruz Məmmədov qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edərək, Məhəmməd Baqerinin ölkəmizə bu səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Məhəmməd Baqeri Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyini xatırladan Baş Qərargah rəisi bildirib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır.

Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.

Məhəmməd Baqeri hər iki ölkənin xalqları arasında böyük tarixə malik əlaqələrin olduğunu bildirib. O, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap