Press TV kanalının aparıcısı ABŞ-da həbs edildi
Posted on : Digər sahələr 01/16/2019
Press TV kanalının xanım aparıcılarından biri olan Mərziyyə Haşiminin ABŞ-da həbs edildiyi bildirilib.
Press TV kanalının xanım aparıcılarından biri olan Mərziyyə Haşiminin ABŞ-da həbs edildiyi bildirilib.
Tashaio.com xəbər verir ki, PressTV kanalının xəbərinə görə, aparıcı xanım Mərziyyə Haşimi Vaşinqtondakı həbsxanaların birində çox uyğun olmayan bir şərtlər altında saxlanılır. ABŞ təhlükəsizlik qüvvələri xanım M.Haşimini həbs etdikdən sonra da hicabını başından çəkdiyi və ona hicabına uyğun olmayan bir geyim verdikləri qeyd olunur.
Xanım aparıcının ailəsi onunla ilk təmasları barədə danışarkən, həbsxana gözətçilərinin M.Haşiminin əlinə qandal vurduqlarını və ona donuz ətindən hazırlanan yemək vermək istədiklərini, ancaq onun yeməkləri yeməyi rədd etdiyini və bu səbəbdən də yeməkdən məhrum edildiyini çatdırıb.
PressTV isə, əslən amerikalı olan xanım M.Haşiminin Amerikaya etdiyi səfərlərində aeroportlarda mütəmadi olaraq ABŞ polisinin pis rəftarlarından şikayət etdiyini, ancaq indiyə qədər heç vaxt həbs edilmədiyini bildirir.