İşğalçı İsrail rejimi 2018-ci ildə 50 fələstinli usagı qətlə yetirib
Posted on :
Digər sahələr
01/16/2019
Əl-Mizan İnsan Haqları Mərkəzi sionist İsrail rejim ordusunun Qəzza zolağındakı hücumları zamanı uşaqlara qarşı törətdiyi cinayətlər barədə hesabat açıqlayıb.
Əl-Mizan İnsan Haqları Mərkəzi sionist İsrail rejim ordusunun Qəzza zolağındakı hücumları zamanı uşaqlara qarşı törətdiyi cinayətlər barədə hesabat açıqlayıb.
Tashaio.com “AA”a istinadən xəbər verir ki, hesabatda bildirirlir ki, işğalçı rejim qüvvələri 2018-ci ildə təkcə Qəzzada 50 uşağı qətlə yetirib. O cümlədən 2890 uşaq sionistlər tərəfindən yaralanıb, 28-i həbs edilib.
Hesabatda “İsrail”in beynəlxalq insan haqları qanunlarını və normalarını pozmağı davam etdirdiyi vurğulanıb və işğalçı rejimdən başda Qəzza zolağı olmaqla Fələstinin işğal olunmuş bütün torpaqlarında dinc əhaliyə qarşı öhdəliklərini yerinə yetirmək tələb olunub.
Hesabatda uşaqların necə öldürüldüyü və yaralandığı açıqlanmasa da Qəzzadakı Səhiyyə Nazirliyinin hesabatına görə, onların çoxu 30 mart 2018-ci ildən Qəzza sərhəddində “Böyük Qayıdış” yürüşü zamanı işğalçı rejim əsgərləri tərəfindən güllələnib.
Qeyd edək ki, "Böyük Qayıdış Yürüşü" 2018-ci ilin martın 30-da Torpaq Günü münasibətilə Qəzza zolağında başlayıb və hələ də davam edir. Dinc aksiyalarda indiyədək 250-dən çox Fələstinli şəhid olub, minlərlə fələstinli isə yaralanıb.
Fələstinlilərin bu aksiyasında əsas məqsəd İsrailin 1976-cı ildə Fələstin torpaqlarını müsadirə etməsi qərarını dünyaya xatırlatmaqdır.