Zərif Ərbildə Bərzani ilə görüşdü
Posted on : Digər sahələr 01/15/2019
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü səhər saatlarında Şimali İraqın mərkəzi Ərbilə keçib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü səhər saatlarında Şimali İraqın mərkəzi Ərbilə keçib.
Tashaio.com xəbər verir ki, Cavad Zərif səfərdə olduğu İraqda Bağdad mərkəzi hakimiyyətinin yüksək səlahiyyəli rəsmiləri ilə görüşlərini başa vurduqdan sonra Şimali İraqa keçib.
Zərif Şimali İraqın mərkəzi Ərbildə yerli rəhbərliyin Baş naziri Nəçirvan Bərzani ilə görüşüb.
Görüşdə Zərif və Bərzani ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Xarici işlər naziri Zərifin kürd lider Məsud Bərzani ilə də görüşü gözlənilir.