Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik
Posted on : Digər sahələr 01/15/2019
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə keçirdiyi telefon danışıqlarının yekunları barədə danışıb.
Tashaio.com-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə keçirdiyi telefon danışıqlarının yekunları barədə danışıb.
"Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli qarşılıqlı anlaşma əldə etdik", - deyə o, qeyd edib.
Ərdoğanın sözlərinə görə, Tramp ilə danışıqlar zamanı ölkələrin ikitərəfli ticarətini qısa zamanda 75 milyard dollara çatdıracaq konkret tətbirlər barədə razılıq əldə edilib.