Ayətullah Amuli Laricani: “ABŞ öz məğlubiyyətlərindən qaçmağa çalışır”
Posted on : Digər sahələr 01/15/2019
İran Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani ABŞ-ın İrana qarşı təşəbbüslərinin bu ölkənin ardıcıl üzləşdiyi məğlubiyyətləri ört-basdır etmək üçün olduğunu qeyd edib.
İran Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani ABŞ-ın İrana qarşı təşəbbüslərinin bu ölkənin ardıcıl üzləşdiyi məğlubiyyətləri ört-basdır etmək üçün olduğunu qeyd edib.
Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, Ayətullah Amuli Laricani dünən (14 yanvar) Məhkəmə İclasında etdiyi çıxışında, ABŞ-ın İrana qarşı hiylələrinin son aylarda daha çox təbliğat məqsədli və psixoloji müharibə formasında olduğunu deyib.
O, İranın böyük maddi və mənəvi imkanlar və elmi qabiliyyətlərə malik geniş bir ölkə olduğunu qeyd edərək, İranın bu qabiliyyət və imkanları ilə ABŞ-ı və regional və beynəlxalq nökərlərini məğlub edəcəyini qeyd edib.
Ayətullah Amuli Laricani Səudiyyə rejimi kimi ABŞ-ın istilası altında ölkələrə diqqət çəkərək, İranın ABŞ-ın sona qədər istifadə edəcəyi və ABŞ olmadan iki həftə də ayaq üstə dayana bilməyəcəyi ölkələrdən olmadığını deyib.