Sionist əsgərlər Əl-Əqsa məscidinin direktoruna zorakılıq etdi
Posted on : Digər sahələr 01/15/2019
Yüzlərlə Qüds sakini dünən axşam (14 yanvar) İsrail rejiminin qüvvələrinin Qübbətus-Səhra ətrafındakı mühasirəni yarmağı bacarıb.
Yüzlərlə Qüds sakini dünən axşam (14 yanvar) İsrail rejiminin qüvvələrinin Qübbətus-Səhra ətrafındakı mühasirəni yarmağı bacarıb.
Tashaio.com Palinfo-ya istinadən xəbər verir ki, səhər saatlarından etibarən Qübbətus-Səhranın ətrafını mühasirəyə alan sionist rejiminin əsgərləri Əl-Əqsa məscidinin 5 nəzarətçisini həbs ediblər.
Yerli mənbələrdən əldə edilən məlumata görə, yüzlərlə qüdslü Əl-Əqsa məscidinin içərisindəki yürüşə qoşulub və təkbir sədaları ilə Qübbətus-Səhra məscidinin qapısında mitinq keçiriblər.
İsrail rejiminin qüvvələri Qübbətus-Səhra məscidinin ətrafındakı mühasirəni yığışdırmağa məcbur olublar və camaat məscidə daxil olaraq namaz qılıblar.
Palinfo agentliyi sionist əsgərlərin Əl-Əqsa məscidinin nəzarətçilərindən bəzilərini Əl-Əqsa məscidindən çıxarkən saxlayıblar. Saxlanılanların Əhməd Əbu Alya, Luəy Əbus-Saad, Fadi Alan, Yəhya Şəhhadə və Avad Əs-Səlayimə olduğu qeyd edilib.
Xatırladaq ki, İsrail rejiminin qüvvələri dünən səhər saatlarından etibarən bir qrup fələstinli ilə Əl-Əqsa məscidinin əməkdaşlarından bəzilərini Qübbətus-Səhra məscidində mühasirədə saxlayırdı.
Müsəlman camaatın Qübbətus-Səhrada namaz qılmasına icazə verməyən sionist əsgərlər dünən səhər 90 sionistin Əl-Əqsa məscidinə hücum etməsinə imkan verdi.
İsrail rejiminin qüvvələrinin Qübbətus-Səhra məscidinin mühasirəsinin yarılması aksiyasına rəhbərlik edən Əl-Əqsa məscidnin direktoru Şeyx Ömər Əl-Kisvanini də vurduğu bildirilib.