header

 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR

2011-ci ildə Suriya böhranı başladıqda bir sıra ərəb ölkələri Səudiyyə Ərəbistanının təzyiqləri nəticəsində səfirliklərini bağlayıb. Səudiyyənin Suriyaya qarşı apardığı dağıdıcı siyasəti həmişə göz qabağında olub.

2011-ci ildə Suriya böhranı başladıqda bir sıra ərəb ölkələri Səudiyyə Ərəbistanının təzyiqləri nəticəsində səfirliklərini bağlayıb. Səudiyyənin Suriyaya qarşı apardığı dağıdıcı siyasəti həmişə göz qabağında olub. 7 il ərzində rəsmi Ər-Riyad Suriyada vuruşan terrorçulara təxminən 60 milyard dollar xərcləyib. Səudiyyənin bu siyasətinə  Bəhreyn, BƏƏ və Qətər kimi ölkələr ciddi dəstək olub.  

Amma zaman keçdikcə bu ölkələr anladılar ki, uzun müharibə aparmaqla Suriyadakı vəziyyəti öz xeyrinə dəyişmək mümkün deyil, çünki münaqişəyə olduqca böyük məbləğlər xərclənir, neftin ucuzlaşması isə yuxarıda qeyd etdiyimiz ölkələrin böyük qrantlar ayırmaq imkanını alıb. Məhz buna görə, ərəb ölkələri rəsmi Dəməşqə qarşı siyasətlərini köklü şəkildə dəyişdirmək məcburiyyətində qalıblar. 

Sudan prezidenti Ömər əl-Bəşirin Suriyaya səfərini ərəb ölkələrinin Dəməşqə qarşı siyasətinin dəyişdiyinə bariz bir nümunə kimi göstərmək olar. Məsələ burasındadır ki, Sudan 2019-cu ildə Ərəb Liqasına rəhbərlik edəcək və istisna edilmir ki, əl-Bəşir Suriyaya səfər etməklə rəsmi Dəməşqi yenidən liqaya qaytarmaq istəyir.

Qeyd edək ki, ABŞ Suriyada hərbi mövcudluğu ilə vəziyyəti terrorçuların xeyrinə dəyişdirə bilməcəyini anlayandan sonra Səudiyyə Ərəbistanı Vaşinqtonun marioneti olduğu üçün Suriyaya qarşı bu qədər yumşaqlıq nümayiş etdirir. Hətta ölkənin bərpası üçün fəal iştirak etməyə hazır olduğunu da elan edib. 

Ümumiyyətlə, ABŞ prezident Donald Trampın əsgərlərini Suriyadan çıxarmaq qərarı təkcə Səudiyyə Ərəbistanını deyil, digər Fars körfəzi ölkələrinin də Suriyaya qarşı siyasətini dəyişməyə vadar edib.

Faktiki olaraq, ərəb ölkələrin fikrincə, ABŞ əsgərləri Suriyanı tərk etdikdən sonra orada yaranmış vakumu İran dolduracaq. Dəməşq ilə Fars körfəzi ölkələrinin arasında əlaqənin olmaması bu prosesi daha da sürətləndirəcək. Məhz buna görə, bəzi ərəb ölkələri Dəməşqdə öz səfirliklərini  yenidən açmağa başlayıb. Səfirliklərin təkrar açılması onu göstərir ki, ABŞ və onun ərəb müttəfiqləri Suriyada məğlub olduqlarını artıq qəbul edib.

Digər tərəfdən, bir çox analitikləri narahat edən məsələ qeyd etdiyimiz ölkələrin Suriyada iqtisadi mövcudluğudur. Münaqişədən sonra Suriyanın bərpası olduqca aktual bir məsələdir. ABŞ-a gəldikdə isə rəsmi Vaşinqton hesab edir ki, məntəqə ölkələri Suriyanın bərpasında fəal iştirak etməlidir. Buna görə, ehtimal edilir ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi varlı ölkələr Suriyaya müəyyən qrantlar ayıracaq. Lakin onu da qeyd edək ki, onların ölkənin bərpasında fəal iştirakını gözləmək absurddur.

Bundan daha önəmli məsələ də Dəməşqin ərəb ölkələri ilə yenidən əlaqələrin qurulmasına müsbət baxmasıdır. Düzdür, Bəşər Əsəd ərəb ölkələri ilə yenidən münasibət qurmaq və Ərəb liqasında nüfuzlu ölkəyə çevrilmək istəyir. Lakin eynilə də onun əsas prioriteti münaqişənin həllində əsas rolu oynayan və İsrailə zidd olan ölkələrlə sıx əlaqələr qurmaqdır. 

Hazırda, Rusiya, İran və Hizbullah təşkilatı münaqişənin  nüfuzlu iştirakçıları kimi Suriyanın siyasət təşəbbüsünü öz üzərinə götürərək ölkənin gələcəyi və hakimiyyətin formalaşmasında həlledici rol oynaya bilər.

2011-ci ildə Suriya böhranı başladıqda bir sıra ərəb ölkələri Səudiyyə Ərəbistanının təzyiqləri nəticəsində səfirliklərini bağlayıb. Səudiyyənin Suriyaya qarşı apardığı dağıdıcı siyasəti həmişə göz qabağında olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap