header

 Ayətullah İsa Qasim kimdir?

İsa Qasim 1938-ci ildə Bəhreynin əd-Diraz bölgəsində dünyaya göz açıb. Məktəb illəri zamanı iti beyni və zəkası ilə tanınan İsa Qasim, dostlarına dini məlumatların çatdırılması ilə məşğul olmağa başlayıb.

1964-ci ildə dini təhsilini davam etmək üçün İraqın Nəcəf şəhərinə hicrət edir. O, ali dini təhsilini Nəcəfin fiqh və üsul mədrəsəsində davam etdirir. Şəhid Seyid Muhəmməd Baqir Sədrin dərslərində istifadə edən İsa Qasim, 1972-ci ildə Bəhreynə çağırılır. Onun çağırılma səbəbi, ölkənin yazılacaq olan konstutusiya və parlament təşkilində iştirak etməsi olub. O, Ayətullah Baqir Sədrin göstərişi ilə Bəhreynə geri dönərək, təşkil olunmuş qrupda iştirak edir.

1971-ci ildə, ölkədə “İslami agahlıq” cəmiyyətinin yaranmasında rolu olur. O, 1984-ci ilədək (Bəhreyn rejiminin qadağan etməsinədək) bu cəmiyyətin sədri vəzifəsində çalışıb.

İsa Qasim, daima dini məsələləri zəmanəyə uyğun dildə xalqa çatdırmış, cavanların düzgün əqidə sahibinə olması üçün əlindən gələni etmişdir. Elə bu səbəbdəndir ki, ölkənin mənəvi lideri kimi tanınmağa başlamışdır.

1992-ci ildə dini təhsilini davam etmək üçün İran Qum elmi hövzəsinə müraciət edir. O, Ayətullah Seyd Kazım Hairi, Ayətullah Fazil Lənkərani, Ayətullah Seyid Mahmud Haşimi Şahrudu kimi Qum elmi hövzəsinin böyük ustadlarından istifadə edərək, ictihad səviyyəsinə yetişmişdir.

İsa Qasim 2001-ci ildə ölkəyə geri dönərək, təqlid mərcələrinin göstərişi və xalqın istəyi ilə ölkənin rəhbərliyini öhdəsinə götürüb.

Ayətullah İsa Qasim 2004-cü ildə Bəhreynin “İslam alimlər” məclisini yaradır. Məclis şiələrə düzgün şəkildə yolun göstərilməsi, ideoloji, dini və mənəvi baxımdan inkişafı üçün fəaliyyətlərinə start verir. Məclis, onun nəzarəti altında bu günədək öz fəaliyyətinə davam edir.

İsa Qasim 1938-ci ildə Bəhreynin əd-Diraz bölgəsində dünyaya göz açıb. Məktəb illəri zamanı iti beyni və zəkası ilə tanınan İsa Qasim, dostlarına dini məlumatların çatdırılması ilə məşğul olmağa başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap