İbadətin çətinliklərinə dözmək gərək!
Posted on : Əqidələr 01/12/2019
Allaha doğru-9
Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kəbədə incitmirdilər?!
Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!
Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!
Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq, Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!
Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Təəssüf ki, bəzən səfər zamanı nə isə almaq, yemək-içmək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq, amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün əsla cəhd göstərmirik! (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.22.)