Rusiyadan İsrail ittihamlarına cavab: İsrail KİV-lərinə inanmayın!
Posted on : Digər sahələr 01/10/2019
Rusiya prezidentinin mətbuat katibi ölkəsinin ünvanına səsləndirilən ittihamları cavablandırıb.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov İsrail KİV-lərində Rusiyanın İsraildəki seçkilərə müdaxilə edəcəyi haqda məlumatları şərh edib.
“Bu İsrail KİV-lərini oxumayın. Bundan söhbət belə gedə bilməz. Rusiya heç bir ölkədə heç bir seçkilərə müdaxilə etməyib, etmir və etməyəcək də.”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, cari ilin aprel ayında İsraildə vaxtından əvvəl parlament seçkiləri keçiriləcək.