header

 İrana agentlik etmiş İsrailin keçmiş nazirinə hökm oxundu

İsrail eks-nazirini həbs edib.

Tashaio.com-un “Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin keçmiş naziri Qonen Segev İranın xeyrinə casusluq etdiyinə görə məhkum edilib.

Segevin vəkilləri və ittihamçı tərəf günahın etirafına dair razılıq əldə edə biliblər. Həmin razılığa əsasən, eks-nazir 11 il müddətinə azadlıqdan məhkum ediləcək.

Xatırladaq ki, 1990-cı illərdə hökumətdə çalışmış Segev 2018-ci ilin İyun ayında İranın xeyrinə casusluq etməkdə şübhəli bilinərək həbs edilib. O, Nigeriyadan Ekvatorial Qvineyaya gələn zaman xüsusi xidmət orqanları tərəfindən həbs edilib və İsrail polisinin orderi əsasında İsrailə göndərilib.

Əks-kəşfiyyatçıların sözlərinə görə, son zamanda Nigeriyada yaşamış Segev 2012-ci ildən İran kəşfiyyatı ilə əməkdaşlıq edərək, İran tərəfinə İsrail barədə müxtəlif məlumatlar təqdim edib. Həmin məlumatları isə, Segev köhnə əlaqələrindən istifadə edərək əldə edirdi.

İsrail eks-nazirini həbs edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap