header

 Ayətullah Xamenei: "ABŞ rəsmiləri 2019-cu ili Tehranda qeyd edəcəyini deyirdilər..."

Ayətullah Xamenei 1978-ci ildə Qumda Pəhləvi rejiminə qarşı tarixi etiraz və sivil itaətsizlik aksiyalarının ildönümü münasibətilə Qumdan gələn müxtəlif vəzifə və peşə sahiblərini qəbul edib.

Tashaio.com xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei 1978-ci ildə 9 Yanvarda Qum şəhərində Pəhləvi rejiminə qarşı tarixi etiraz və sivil itaətsizlik aksiyalarının ildönümü münasibətilə Qumdan gələn müxtəlif vəzifə və peşə sahiblərini qəbul edib.

Görüşü zamanı müxtəlif mövzulaa toxunan Ayətullah Xamenei deyib: "9 Yanvar günü İslam İnqilabının başlanğıc nöqtəsi olan Qum əhalisini təqdir etmə günüdür; Qum şəhəri İnqilabın mərkəzi sayılır. Fəqət Qumun önəmini dəyiştirməyə çalışan bəzi hərəkatlara da diqqətlə yanaşmalıyıq və bu mövzuda şəhərin böyüklərilə gəncləri düşmənin hiylələri və xain planlarına qarşı ayıq olmalıdırlar."

İslam İnqilabı lideri sözlərinin davamında "1978-ci ilin yanvarında İranı ziyarət edən dönəmin ABŞ prezidenti şahı yalan-dolu sözlərlə tərifləməyə cəhd etdi. O, sözlərində İranı müstəqil bir ada olaraq tərif etdi, yəni Şah rejiminin tam müstəqil olduğunu bildirdi. Lakin 10 gün sonra Qum əhalisi rejimə qarşı etiraza qalxdı və davamından fırtına kimi hərəkətə keçən Təbriz əhalisi və ardıcıl etirazlar rejimin çöküşünə səbəb oldu.", - deyə qeyd edib.

Ayətullah Xamenei ABŞ rəsmisinin "Xalqın münafiqləri" qarşısında çıxışına işarə edərək "Geçən il bir amerikalı dövlət rəsmisinin bir ovuc terrorçu arasında etdiyi çıxışda 2019-cu ili Tehranda qeyd edəcəklərini umduğunu önə çəkmişdi, nə oldu; fəqət bu  yeni il bir neçə gün öncə qeyd edildi, bu da onların ölkəmizlə bağlı  analizlərinin necə yalnış olduğunu göstərir.", -deyə əlavə edib.

Bəzi amerikalı rəsmilərin özünü dəli kimi apardığını dilə gətirən Ayətullah Xamenei onların həqiqətən bir axmaq olduğunu düşündüyünü bildirib.

"Ölkə rəsmilərimiz ABŞ və Avropanın təhdidlərilə boş iddialarına qarşı dirənərək, bunlar tərəfindən olan təhdidlərin də verdiyi sözlər və hətta imzalar kimi etibarsız olduğunu yaxşı bilməlidirlər. İranın insan haqları mövzusunda Səudiyyədən dərs almasıyla bağlı tövsiyə edirlər, bu sözlər açıq-aşkar bir klounun danışığına oxşamırmı?", -deyən Ayətullah Xamenei düşmənlərin ittiham və yalan yayma yollarını istifadə edərək İran xalqını sarsıtmaq istədiyini, fəqət İran xalqının bu taktikaya qarşı çıxmasının vacib olduğunu önə çəkib.

Ayətullah Xamenei 1978-ci ildə Qumda Pəhləvi rejiminə qarşı tarixi etiraz və sivil itaətsizlik aksiyalarının ildönümü münasibətilə Qumdan gələn müxtəlif vəzifə və peşə sahiblərini qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap