header

 ABŞ və Taliban arasında kritik görüş – Əfqanıstan hökuməti kənarda qaldı

Taliban, ABŞ-la sülh danışıqlarına başlamağa qərar verib.

Tashaio.com “Haber7.com” a istinadən xəbər verir ki, Taliban tərəfindən edilən açıqlamaya görə, danışıqlarda Əfqanıstan hökuməti iştirak etməyəcək.  

 

Görüşün Qətərdə gerçəkləşəcəyi bildirilir.

 

Paytaxt Dohada bir araya gələcək tərəflərin görüşü 2 gün davam edəcək.  

 

Taliban lideri  ABŞ rəsmiləri ilə danışıqlara istəkli olduqlarını deyib və əlavə edib ki, bu görüş çərçivəsində ABŞ-ın Əfqanıstandan çəkilməsi, tərəflər arasında məhkumların dəyişdirilməsi və hərəkət qadağasının aradan qaldırılması məsələləri müzakirə olunacaq.   

 

Qeyd edək ki, 11 sentyabr terrorundan sonra, ABŞ hökuməti Talibana qarşı mübarizə üçün Əfqanıstana 100 mindən çox əsgər göndərmişdi.

Taliban, ABŞ-la sülh danışıqlarına başlamağa qərar verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap