“Nusra” terror təşkilatı “Zəngi” terror təşkilatını çökdürdü
Posted on : Digər sahələr 01/08/2019
"Nusra Cəbhəsi" terror təşkilatının Hələbin qərbində Zəngi terror təşkilatının nəzarəti altında olan bütün bölgələri ələ keçərdiyi bildirilib.
Suriya İnsan Haqqları Təşkilatı "Nusra Cəbhəsi" terror təşkilatının Hələbin qərbində Zəngi terror təşkilatının nəzarəti altında olan bütün bölgələri ələ keçərdiyini bildirib.
Tashaio.com xəbər verir ki, həmçinin bəzi qaynaqlar, Suriyada fəaliyyət göstərən "Nurəddin Zəngi" terror təşkilatının "əl-Nusra" terror təşkilatı qarşısında ard-arda məğlubiyyətə uğradıqdan sonra ləğv edildiyini elan etdiyini bildirib.
Türkiyənin mülayim hesab edərək dəstəklədiyi "Milli Qurtuluş Cəbhəsi"nə bağlı olan "Nurəddin Zəngi" terror təşkilatının rəhbərləri, "əl-Nusra" terrorçuları qarşısında məğlubiyyətə uğradıqdan sonra Türkiyəyə və Afrinə və "Fərat Qalxanı" adlı əməliyyatla bağlı qüvvələrin idarəsi altında olan Suriyanın şimal-şərqinə doğru qaçmağa başladığı bildirilib.