header

 "Haşdi Şabi": Əgər ABŞ hərbçiləri İraqı tərk etməsələr...

İraq könüllü gücləri "Haşdi Şabi" ABŞ hərbçilərinin İraqdan çıxma tələbini yeniləyiblər

İraq könüllü gücləri "Haşdi Şabi" ABŞ hərbçilərinin İraqdan çıxma tələbini yeniləyiblər.

Tashaio.com İraq mediasına istinadən xəbər verir ki, İraq könüllü gücləri "Haşdi Şabi"nin  "Ashaib ahli haqq" briqadasının mətbuat katibi Cavad Talibavi İraq hökümətindən ABŞ hərbçilərinin ölkə ərazisindən çıxarılması üçün tələb irəli sürmələrini istəyib.

Onun sözlərinə görə, İraq höküməti və parlament bununla bağlı qərar qəbul etməsələr və hüquqi-diplomatik yollarla bu problemi həll etməsələr  "Haşdi Şabi" İraqdakı ABŞ hərbçilərinə hücum edəcəklər.

"İraq baş naziri Abdullah Əl -Mehdi ilə təmsilçilər məclisi, ABŞ güclərinin Bağdad küçələrindəki hərəkətləri qarşısında açıq mövqe sərgiləmələrini istəyirik. İraq diplomatiyası, əgər açıq mövqe sərgiləməsələr, biz ABŞ-ın ölkənin bəzi bölgələrindəki varlığının, həqiqi və dolayısı işğalının qarşısında duracağıq, əsgərlərinin ölkədəki hərəkətlərini məhdudlaşdıracağıq.", -deyə "Haşdi Şabi"nin  "Ashaib ahli haqq" briqadasının mətbuat katibi Cavad Talibavi qeyd edib.

Xatırladaq ki, bu açıqlamalar ABŞ Ordusunun generalı Austin Renforth və yanındakı bir qrup hərbçinin, cümə günü Bağdadda kafe və kitab satanların olduğu Mutabanna küçəsində çay içib, vətəndaşlarla söhbət etdiyi sırada çəkilən videonun sosial şəbəkələrdə yayılmasından sonra verilib.

"Haşdi Şabi" İraqdakı 5 min amerikalı hərbçinin ölkədən çıxmasını tələb edir və İŞİD-ı qarşı müharibənin bitdiyinə görə, onların bu ölkədə qalmasına heç bir səbəb yoxdur.

Qeyd edək ki, ötən ilin iyul ayında  "Al arabi al jadeed" qəzeti ABŞ-ın İraqdakı diplomatik korpuslarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqda məlumat dərc edərək "Haşd Şabi"yə bağlı döyüşçülərin Amerikan diplmatik korpusuna hücum etmək istəkləri haqda məlumat yaymışdılar.


"Haşdi Şabi": Əgər ABŞ hərbçiləri İraqı tərk etməsələr...

İraq könüllü gücləri "Haşdi Şabi" ABŞ hərbçilərinin İraqdan çıxma tələbini yeniləyiblər
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap