header

 İranın iki peyki kosmosa göndərilməyə hazırdır

Soradeği bu peyklərin İran universitetləri ilə kosmos təşkilatının əməkdaşlığı çərçivəsində istehsalı reallaşdığını ifadə edib.

İranın Kosmos Təşkilatı (ISA) Kosmos Texnologiyaları Şöbəsinin başçısı Müctəba Soradeği iranlı mütəxəssislərin istehsalını reallaşdırdığı iki peyk haqqında açıqlama edib.

Tashaio.com xəbər verir ki, Müctəba Soradeği "Dosti" peykinin kosmosa göndərilməyə hazır hala gəldiyini ifadə edib.

Soradeği "Pəyam" peykinin texniki testlərinin də cümə günü (4 yanvar - red.) tamamlandığını, peykin hazırlanaraq kosmosa göndərilmə mərkəzinə daşınmaq üzrə olduğunu qeyd edib.

ISA rəsmisi bu peyklərin İran universitetləri ilə kosmos təşkilatının əməkdaşlığı çərçivəsində istehsalı reallaşdığını ifadə edib.

Bundan əvvəl də İranın rabitə və məlumat texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrumi iranlı mütəxəssislərin istehsalını reallaşdırdıqları peyklərin test mərhələlərinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

 

 

Soradeği bu peyklərin İran universitetləri ilə kosmos təşkilatının əməkdaşlığı çərçivəsində istehsalı reallaşdığını ifadə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap