header

 BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Ənsarullah hərəkatının lideri ilə görüşdü

Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi paytaxt Sənaya səfər edən BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsi qəbul edib və tərəflər Yəməndəki hadisələri müzakirə ediblər.

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Seyid Əbdülməlik Martin Qriffits ilə keçirilən görüşdə, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin İsveçdəki müqavilənin qüvvəyə minməsinə mane olmaq və atəşkəsi pozmaq cəhdlərinə toxunaraq, belə deyib: “Bu müqavilə düzgün və dəqiq bir şəkildə tətbiq edilməlidir və atəşkəs Taizzdə də başlamalıdır”.

Ənsarullahın lideri, həmçinin Yəmənin bütün bölgələrindəki dövlət işçilərinin maaşlarının ödənilməsi və Səna beynəlxalq hava limanının yenidən açılması və bütün əsirlərin qarşılıqlı olaraq İsveç müqaviləsinə uyğun olaraq azadlığa buraxılmalı olduğunu söyləyib.

BMT Yəmən üzrə xüsusi nümayəndəsi də, İsveçdə nail olunan razılaşmanın qüvvəyə minməsi üçün Sənada olduğunu bildirərək, Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər naziri Hişam Şərəf və Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi ilə görüşdüyünü deyib.

Bu arada, Yəmənin Səhiyyə Nazirliyi Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Hudeydanın cənubunda təşkil etdiyi hücumlarda 10 dinc sakinin həlak olduğunu bildirib.

Səudiyyə rejiminin artilleriya qüvvələri yanvarın 6-sı Yəmənin Hudeyda limanının cənubunda Əlhali və Əlhuk bölgələrini hədəfə alıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Hudeydada atəşkəs rejimini pozmağa davam etdiyini qeyd edərək, son 24 saat ərzində koalisiya təyyarələrinin 214 dəfə atəşkəsi pozduğunu bildirib.

Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi paytaxt Sənaya səfər edən BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsi qəbul edib və tərəflər Yəməndəki hadisələri müzakirə ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap