header

 İsrail təyyarələri Qəzzaya aviazərbə endirib – Yaralananlar var

İsrailin Hərbi hava Qüvvələrinin təyyarələri ötən gün axşam saatlarında Qəzzada iki yerə hava zərbəsi endirib.

“Tashaio.com” əl-Məyadinə istinadla xəbər verir ki, İsrail mənbələri bu hava zərbələrinin Qəzzanın şimalında HƏMAS-ın mövelərinə endirildiyini bildiriblər.

 

İsrail mənbələri bu hava zərbələrinin Qəzzadan Əsqəlan şəhərində atılan raketə cavab olaraq endirildiyini deyiblər.

 

Fələstin mənbələri isə bildirib ki, İsrail təyyarələri Qəzzada Xan-Yunis şəhərinin şərqində HƏMAS-ın gözətçi mövqelərini iki raketlə hədəfə alıb. Burada bir neçə nəfərin yaralandığı deyilir.

 

Qeyd edək ki, İsrail Qəzzanı 1967-də işğal etsə də 2005-ci ildə buranı tam şəkildə tərk etməli olub. Lakin 2007-ci ildən Qəzzada HƏMAS hakimiyyətə gəldikdən sonra indiyədək bölgə İsrailin hava quru və sudan mühasirəsindədir.

İsrailin Hərbi hava Qüvvələrinin təyyarələri ötən gün axşam saatlarında Qəzzada iki yerə hava zərbəsi endirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap