header

 Günahın xarlığı və itaətin izzəti

Əgər insan düz yoldan və siratəl-müs­təqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəh­vət və sairə xəstəliklər burulğanına düşər...

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Kim əlində mal ol­ma­dan ehtiyacsız, qohum-əqrəbası və qulluqçusu olmadan əziz və möh­tərəm, ictimai qüdrət və vəzifə ba­şında olmadan əzəmətli və mətanətli olmaq istəyirsə, özünü günah və itaətsizlik xar­lı­ğın­dan çıxarsın və öz Rəbbinə itaət izzətinə birləşdirsin».

Əlbəttə, heç şübhəsiz ki, mal insanı ehtiyacsız edir, qohum-əq­rəbası olmaq insanın izzət və ehtiramını artırır, ictimai qüd­rə­tə malik olmaq insanın əzəmətini çoxaldır. Lakin bunların ha­mı­­sı maddi vasitələr olduğu üçün məhduddur. Yəni bütün in­san­lar onları hər şeydən ehtiyacsız edəcək qədər mala malik ola bilmirlər. Həmçinin hamının o qədər yaxşı qohum-əqrəbası ol­mur ki, o, həmin qohum-əqrəbanın sayəsində və onların hi­ma­yəsi nəticəsində hörmətli həyat yaşasın, məhdudluğu labüd olan və yalnız müəyyən şəxslərin ixtiyarında olması mümkün olan ictimai qüdrətlər onların əlində olsun. Lakin bir növ eh­ti­yac­sızlıq, izzət və əzəmət var ki, Allah-taala onu insanların ha­mı­sının arasında bərabər şəkildə bölüb və ondan hamı ya­rar­la­na bilər, sadəcə bir az agahlıq və zəhmət tələb edilir. Bu, hə­yat­da Allahı tanımaq, təqva və dindarlıq əsasında möhkəm prin­sip­lərin əldə edilməsidir. Əqidəyə, məsləkə, əxlaqi və mənəvi şəx­siyyətə malik Allahı tanıyan, təqvalı və pak ruhlu insana is­tər-istəməz hamı hörmət edir və onu hamı sevir. O, sevilməklə ya­naşı, əzəmət, cəlal və heybətə də malik olur, eyni zamanda, eh­tiyac hiss edəndə bütün insanları özü kimi və öz qardaşı he­sab edir, özünü insanların həyat və xoşbəxtliyinə şərik bilir. Bə­li, maddi nemətlər məhduddur və bölünmüşdür. Əgər insanın ar­zularının əsası maddi ehtiyaclar olsa, heç vaxt onları əldə edə bil­məyəcək. Çünki hansı arzusuna çatsa, gözünün qarşısında da­ha böyük arzu canlanacaq və o, daim iztirab və nigaranlıq hiss edəcək, heç vaxt xoşbəxtliyin rəmzi olan xatircəmlik və ra­hat­lıq əldə edə bilməyəcək. Lakin mənəvi işlər insanı qane edir və ona rahatlıq və xatircəmlik gətirir. Buna görə də böyük şəx­siy­yətlər deyiblər ki, puç dünya arzuları şor su kimidir. Şor su in­sanın susuzluğunu nəinki yatırtmır, əksinə, onun susuzluğunu da­ha da artırır və insan ondan daha da çox içir və sonda hə­min su onu öldürür:

Eşitmisən ki, Qur səhrasında bir başçının yükü mi­nik­dən düşdü; 
dedi: «dünyapərəstin ac gözünü ya qənaət dol­du­rar, ya da qəbrin torpağı».

Böyük şəxsiyyətlər bunları bizi tamah və hərislik bu­rul­ğa­nın­dan çıxarmaq və bizim həyatımızı düzgün və xoşbəxt prinsiplər üzə­rində nizamlamaq üçün deyiblər. Onların məqsədi bu mə­sə­lələri deməklə, bizi həyatın qanunlarına laqeyd etmək və nə­ti­cədə, bizim tənbəlləşməyimiz və heç bir işə qol qoy­ma­ma­ğı­mız deyil. İnsan həyatın bu əzəmətli dəryasında hərəkət etməli və nəzərdə tutulan sahilə çatmalıdır. Lakin ağıl və elm gə­mi­si­nin müntəzəm hərəkət etməsi bir məsələdir, hərislik, tamah pa­xıl­lıq, rəqabət və kin burulğanına düçar olmaq başqa bir mə­sə­lə. Dənizin ortasında burulğana düşən və suyun böyük qüd­rə­ti­nin fırlatdığı şəxs də hərəkətdədir, lakin bu hərəkət nicat sa­hi­li­nə doğru deyil, məhvə doğru hərəkətdir. Müqəddəs pey­ğəm­bər­lər silsiləsinin onun ilk və ən yaxşı bələdçiləri olduğu həyat prin­sipi və düzgün həyat yolunda hərəkət etmək, insanın hə­ris­lik və tamah burulğanına düşməsindən, heç bir düzgün hədəfə ma­­l­­ik olmadan dəlicəsinə sərvət toplamaqla məşğul ol­ma­sın­dan ayrıdır. Bu cür sərvət toplamaq ictimai hüququ, cəmiyyətin hü­quqlarını pozmaq baxımından günah olmaqdan əlavə, fərdi və şəxsi baxımdan da əzab, bədbəxtlik və çətinliklərə qat­laş­maq­dan başqa bir şey deyil. Çünki bir ömür zəhmət çəkib mə­şəq­qətlərə qatlaşaraq bütün vaxtını sərvət toplamağa sərf edən şəxs daha özünə mütaliə etmək, dünya teatrına tamaşa etmək, hə­yatın məna və ruhundan bir şey dərk etməyə vaxt saxlamır. O, hətta həmin maldan maddi istifadə etməyə də vaxt tapmır. De­məli, əslində, bu adamın payı bir əzab-əziyyətlər olur, bir də axi­rət məşəqqət və məsuliyyətləri.

Həzrət Əli (ə) buyurur ki, bəzi adamlar təəccüb doğururlar. On­lar dünyada xəsislik, simiclik ucbatından yoxsullar kimi ya­şa­yan, amma axirətdə varlılar kimi «haradan gətirdin?», «nə üçün topladın və xərcləmədin?» yaxud «nə üçün filan puç işə xər­clədin?» soruşularaq hesabat verməli olan kəslərdir. Ma­raq­lı­dır ki, onlar simiclik, xəsislik edərək, qorxduqları yoxsulluğa da­ha tez düçar olurlar və sevdikləri zənginlikdən gün-gündən uzaq­laşırlar. Çünki yoxsulun zəngindən fərqi budur ki, yoxsul yax­şı yeməklər yemir, zəngin isə yaxşı yeməklər yeyir, yoxsul yax­şı paltar geyinmir, zəngin isə geyinir, yoxsulun yaxşı evi və do­lanışıq üçün yaxşı şərait qurmaq imkanı yoxdur, zənginin isə var. Maraqlıdır ki, bəziləri çoxlu mal və sərvətə malik olsalar da, xəsislik, simiclik ucbatından nə yaxşı yeyirlər, nə yaxşı ge­yi­nirlər, nə də özlərinə dolanışıq üçün yaxşı şərait qururlar. Bu­na görə deyirik ki, onlar malları olsa da, yoxsulluq içində ya­şa­yır­lar və zənginlikdən çox-çox uzaqdırlar.

Bəli, buna görə deyirik ki, əgər insan düz yoldan və siratəl-müs­təqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəh­vət və sairə xəstəliklər burulğanına düşər. Bəşəriyyətin bö­yük şəxsiyyətlərinin məqsədi bizi Allahın nemət və bəx­şiş­lə­rin­dən məhrum etmək olmayıb, əksinə, onlar bizim əlimizdən tu­tub, bizi burulğanlardan qurtarmaq istəyiblər.

Şəhid Murtəza Mütəhərrinin "Hikmətlər və nəsihətlər" kitabından.

Əgər insan düz yoldan və siratəl-müs­təqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəh­vət və sairə xəstəliklər burulğanına düşər...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap