header

 Quranın nəzərinə görə dünyanın yaradılış mərhələləri

Kainatın yaradılışı“Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət)taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə)yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər”. (“Hud” 7).

 

“Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir”. (“Fussilət” 12).

 

Bu ayədən göründüyü kimi, Allah səmanı qazların vasitəsilə iki mərhələdə xəlq etmişdir. Onu cazibə qüvvəsi ilə möhkəmləndirmişdir.

 

Ulduzların yaradılışı“Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik”. (“Saffat” 6). Bu ayənin təfsirində yazırlar ki, milyonlarla qaz və tüstü böyük buludlar şəklində bir-birinin ətrafında toplaşır və maddənin zərrələri həmin buludun mərkəzinə tərəf cəzb olunur. Nəhayət, bu böyük buludlar bir-birinə yaxınlaşır və maddə zərrələrini bir-birinə yaxınlaşdırırlar. Bu zərrələr birləşir və özündən istilik ayırır. Bəzən buludların arasında istilik o qədər şiddətlənir ki, nur meydana gəlir və hərtərəfi işıqlandırır. Nəhayət milyonlarla bulud ulduzları əmələ gətirir.

 

Günəşin yaradılışı«Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi». (“Nuh” 16). Qatı qaz buludları bir-birinin ətrafında fırlanır və bu fırlanma nəticəsində aralarında nur görünür.

Bu fırlanma nəticəsində tədricən qazlar mərkəzə doğru hərəkət etməyə başlayır və orada böyük bir top yaradır və bu böyük top isə günəşin yaranmasına səbəb olur.

 

Yerin yaradılışı. Günəşin ətrafında fırlanın qazlar hər tərəfə öz maddələrini atırlar və yaxın məsafələrdə olanlar istidə və uzaq məsafədə olanlar soyuqda qərar tuturlar. Bəzi qaz zərrələri su buxırını meydana gətirirlər. Nəticə rütubətli qat əməl gətirirlər və bu rütubətli qatlar bir-birinin üzərində əyləşir və bəzən də ayrılıb buz halına düşürlər. Cazibə qüvvəsi onları özünə tərəf cəzb edir böyük bir top əmələ gətirir. Nəhayət bu top yer kürəsinə çevrilir. (Həvzəh)

 

Yerin taleyi. Yer kürəsi formalaşan zaman quru səhra şəklində olur. Bu səhralarda gizlənmiş qaz qatları üzə çıxır və buxarı meydana gətirirlər. Qazlar vulkanlar yaradırlar və bu vulkanlar yer örtüyünü genişləndirir. Havanın üzərinə isə örtük çəkir. Su buxarı soyuyur və çox sayda bulud əmələ gətirir. Milyon il yağış yağır və yerin çuxurlarını su ilə doldurur. Quran bu haqda buyurur: “Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik”. (“Muminun” 18).

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap