header

 İsrail rejiminin qüvvələri fələstinli əkinçi və balıqçılara atəş açdı

İsrail rejiminin ordusunun Qəzzanın cənubunda fələstinli əkinçilərə və balıqçı qayıqlarına atəş açdığı qeyd olunub.

İsrail rejiminin ordusunun Qəzzanın cənubunda fələstinli əkinçilərə və balıqçı qayıqlarına atəş açdığı qeyd olunub.

 

Tashaio.com Palinfo-ya istinadən xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, sionist əsgərlər Karara qəsəbəsinin şərqində sahələrində işləməkdə olan fələstinli əkinçilərə atəş açıb.

 

Bu arada, İsrail rejimi donanmasına aid hücum katerlərinin Qəzzanın cənubundakı Xan Yunis və Rəfah şəhərləri sahillərində fələstinli balıqçılara məxsus qayıqlara atəş açdığı bildirilib.

 

Yerli mənbələr İsrail rejiminin qüvvələrinin fələstinli əkinçilərə və balıqçı qayıqlarına açdığı hücum atəşilə ölən və yaralananların olmadığnı qeyd edirlər.

 

İsrail rejiminin qüvvələri 2014-cü ildə Misirin vasitəçiliyi ilə İsrail rejimi və Fələstin müqavimət qrupları arasında imzalanan atəşkəs razılaşmasını mütəmadi pozur və demək olar hər gün sərhədi keçərək, Qəzza torpaqlarına girir və ya Qəzza sahillərində fələstinli balıqçılara hücum edir.

İsrail rejiminin ordusunun Qəzzanın cənubunda fələstinli əkinçilərə və balıqçı qayıqlarına atəş açdığı qeyd olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap