header

 İşğalçı İsrail rejim əsgərləri daha 48 fələstinlini yaraladı - FOTO

Fələstinlilər tarixi torpaqlarına qayıtmaq üçün işğalçı İsrail rejiminə qarşı silsilə aksiyalarını bu həftə də davam etdirib.

Fələstinlilər tarixi torpaqlarına qayıtmaq üçün işğalçı İsrail rejiminə qarşı silsilə aksiyalarını bu həftə də davam etdirib.
 
Tashaio.com İHA-ya istinadən xəbər verir ki, Ramallahın Əl-Muğayir kəndində keçirilən aksiyaya İsrail əsgərləri sərt müdaxilə edib.
 
Gözyaşardıcı qaz, həqiqi və plastik mərmi istifadəsi nəticəsində 28 fələstinli yaralanıb.  Onlardan 3-ü həqiqi, 5-i isə plastik mərmidən atılan güllə ilə xəsarət alıb. 
 
"AA"-nın məlumatına görə, digər aksiya Qəzza zolağında  baş tutub və  işğalçı rejim əsgərlərinin açdığı atəş nəticəsində daha 20 fələstinli yaralanıb. 
 
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü  Əşrəf əl-Kudra bildirib ki,  Qəzza zolağında keçirilən aksiyada  İsrail əsgərlərinin açdığı atəş nəticəsində 20 nəfər yaralanıb. Onlardan 15 nəfər həqiqi güllə yarası alıb, 5 nəfər isə qazdan zəhərlənib.  Yaralananlardan 5 nəfəri tibb işçisidir. 
 
Ə.əl-Kudra tibbş işçilərinə qarşı hücumları pisləyib.  
 
Qeyd edək ki, Fələstinlilər ötən ilin mart ayının 30-dan indiyədək  Qəzza zolağında FƏləstinin işğal olunmuş əraziləri ilə sərhəddə  “Böyük Qayıdış Yürüşü” adı ilə  dinc aksiyalar təşkil edirlər. 
İşğalçı İsrail rejim əsgərlərinin dinc aksiyalara hücumu nəticəsində indiyədək  225-dən çox fələstinli şəhid olub, minlərlə insan yaralanıb. 
 
 
 
 
 
 

Fələstinlilər tarixi torpaqlarına qayıtmaq üçün işğalçı İsrail rejiminə qarşı silsilə aksiyalarını bu həftə də davam etdirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap