header

 “Nusra Cəbhəsi” Hələbin qərbini digər qruplaşmaların əlindən alıb (VİDEO)

İdlib əyalətində və Hələb əyalətinin qərbində radikal qruplaşmalar arasında 4 gündür sürən qızğın döyüşlərdən sonra “Heyət Təhrir-Şam” (ən-Nusra Cəbhəsi) irəliləyərək, bır sıra bölgələri rəqiblərindən alıb.

“Tashaio.com” əl-Məyadinə istinadla xəbər verir ki, 4 gün döyüşlərdən sonra Hələb əyalətinin qərbindəki bölgələrin hamısı “Heyət Təhrir-Şam”ın nəzarətinə keçib. HTŞ burada Qubtanul-Cəbəl və ər-Raşidin bölgələrini “Nuriddin əz-Zinki” qruplaşmasından alandan sonra ikincinin qüvvələri Türkiyə Ordusu nəzarətində olan Afrinə qaçıblar.

 

Bildirilib ki, “Nuriddin əz-Zinki” qruplaşması ərazilərini itirdiyinə görə, Türkiyə Ordusu və “Fərat Qaxanı” əməliyyatı qüvvələrinin olduğu bölgələrə sığındığına görə, özünü buraxıb.

 

Qeyd edək ki, Suriyanın İdlib əyalətində və Hələb əyalətinin qərbində bir-birilə döyüşən radikal qruplaşmalardan “Nuruddin əz-Zinki” və “Cəbhəl-Vətəniyyə” (Azad Suriya Ordusu) Türkiyədən dəstək alırlar.

 

Sabiq “Ən-Nusra Cəbhəsi” və hazırki HTŞ isə nəzarətində olan bölgələrin təhlükəsizliyi məsələsində Türkiyə Ordusu ilə koordinasiya edir.( SalamNews)

 

 

İdlib əyalətində və Hələb əyalətinin qərbində radikal qruplaşmalar arasında 4 gündür sürən qızğın döyüşlərdən sonra “Heyət Təhrir-Şam” (ən-Nusra Cəbhəsi) irəliləyərək, bır sıra bölgələri rəqiblərindən alıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap