header

 Zərif: “Türkiyə və İranın səyləri Suriyadakı gərginliyi aşağı saldı”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Məşhəddə keçirilən bir tədbirdə çıxış edərək Suriyadakı proseslərə toxunub.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Məşhəddə keçirilən bir tədbirdə çıxış edərək Suriyadakı proseslərə toxunub.

 

Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, dünyada böyük bir dəyişiklik prosesinin getdiyini və super güc mövqeyindəki dövlətlərin artıq təkbaşına qərar verə bilmədiyini qeyd edən M.C.Zərif belə deyib: “Artıq bir qrupun digərləri haqqında qərar vermək dövrü sona çatmışdır”.

 

Qərb ölkələrinin Suriyaya qarşı yürütdüyü siyasətin uğursuz olduğunu söyləyən M.C.Zərif, Türkiyə və İranın səyləri ilə bu ölkədəki gərginliyin aşağı düşdüyünü vurğulayıb: “Qərb ölkələrindən sabiq xarici işlər naziri görüş zamanı Suriyada atəşkəs elan etmək istədi, amma bir həftə sonra atəşkəsin uğursuz olduğu məlum oldu. Bundan sonra biz Türkiyə ilə birlikdə, Qazaxıstanda (Astana müqaviləsi) razılığa gəldik. Bu müqavilə iki ildir ki, Suriyadakı gərginliyin azaldılmasını təmin edir. Ümid edirəm ki, bu proses davam edəcək”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Məşhəddə keçirilən bir tədbirdə çıxış edərək Suriyadakı proseslərə toxunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap