Ayətullah Şahrudi kimdir?
Posted on : Şəxsiyyətlər 01/01/2019
Ayətullah Mahmud Haşimi Şahrudi 1948-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. Babaları İranın Şahrud şəhərindən olub və dini təhsil üçün uzun illər əvvəl Nəcəfə köçüb.
Ayətullah Mahmud Haşimi Şahrudi 1948-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. Babaları İranın Şahrud şəhərindən olub və dini təhsil üçün uzun illər əvvəl Nəcəfə köçüb. Ayətullah Mahmud Şahrudi Nəcəfdə doğulub və ilk təhsilini burada alıb. İslam elmlərində ən yüksək təhsil alıb. İslam aləminin böyük alimləri, Ayətullah Seyid Əbülqasim Xoyi, Seyid Məhəmməd Baqir Sədr, Ayətullah Ruhullah Xomeyni kimi alimlərdən dərs alıb. 1970-ci illərdə siyasi fəaliyyətlə məşğul olub, həbsə atılıb. İranda İslam inqilabının qələbəsindən sonra bu ölkəyə mühacirət edib. 1982-ci ildə qurulan İran İslam İnqilabi Ali Şurasına rəhbərlik edib. 1995-ci ildə Konstitusiya Mühafizə Şurasının, eləcə də “Xubreqan” və Məsləhət Şurasının üzvü olub. Məhkəmə sistemində yüksək postlar tutub, 1999-2009-cu illərdə Ali Məhkəməyə rəhbərlik edib. Bundan başqa, din alimlərindən ibarət “İstiftaat heyəti”nə rəhbərlik edib. 2018-ci il avqustun 14-də İran Ali Lideri Ayətullah Seyid Əli Xamenei Ayətullah Şahrudini ölkənin ən yüksək dövlət qurumu olan İslam Respublikası Nizamın Faydasını Məsləhət Şurasına sədr və baş katib vəzifələrinə təsdiq edib. 25 dekabr 2018-ci ildə vəfat edib.