header

 ‘Fələstin xalqı mütləq qələbə qazanacaq

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Fələstin xalqının mütləq qələbə qazanacağını vurğulayan Ayətullah Xamenei bildirib ki, bu çox da uzaqda deyil, yaxın gələcəkdə baş verəcək. 
 
İranın Fələstini öz haqq mübarizəsində heç vaxt tək qoymayacağını bildirən Ayətullah Xamenei qələbənin şərtininin yalnız müqavimət olduğunu diqqətə çatdırıb.
 
Ayətullah Xamenei deyib ki, əgər müqavimət göstərsəniz qalib olacaqsız. Yox əgər müqavimət göstərməsəniz, məğlubiyyətdən yaxa qurtara bilməyəcəksiniz.
 
“Fələstin xalqının son illərdə əldə etdiyi qələbəsi, Ərəb ölkələrinin qalib gələ bilmədiyi sionist rejim ordusunu məğlub edə bilib.  Bu qələbə Fələstin xalqı və  müqavimət qüvvələrinin yardımı ilə baş verib. Allahın izni ilə  daha böyük qələbələr qarşıdadır”. 
 
Ayətullah Xamenei həmçinin 23 il hərəkatın lideri olmuş və səhhətilə əlaqədar bu il sentyabr ayında vəzifəsindən istefa vermiş Ramazan Abdullah Şalahın tezliklə şəfa tapmasını arzu edib.
  
 
 
 
 
 
 

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap