header

 Zərif: “ABŞ-ın Suriyadan çıxmasının təhlili edilməsi çox tezdir”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Suriyadan çıxması qərarının ətraflı təhlilini aparmağın hələ çox tez olduğunu deyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Suriyadan çıxması qərarının ətraflı təhlilini aparmağın hələ çox tez olduğunu deyib.

 

Tashaio.com PresTV-yə istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif Livanın Əl-Məyadin informasiya agentliyinə verdiyi açıqlamasında, ABŞ-ın Suriyada mövcudluğunun qanunsuz olduğunu vurğulayıb. O, ABŞ-ın Suriya hökumətinin razılığı olmadan bu ölkədəki mövcudluğunun hansı nəticələrə yol açdığını izah etmək üçün hələ tez olduğunu deyib.

 

“Ölkədə gərginlik yaratdılar və iddia etdiklərinin əksinə heç bir formada İŞİD-lə döyüşmədilər”, -deyə iranlı nazir bildirib.

 

Aİ-nin 2015-ci ildə imzaladığı Hərtərəfli Birgə Fəaliyyət Planı adlı nüvə müqaviləsinin həyata keçirilməsi ilə bağlı üzərinə düşənləri etməkdə ləng hərəkət etdiyini də qeyd edən Məhəmməd Cavad Zərif, İranın Aİ addım atana qədər gözləməyəcəyini söyləyib.

 

Türkiyənin Fəratın şərqinə əməliyyat qərarı barədə də danışan Məhəmməd Cavad Zərif, Ankaranın Suriya hökuməti ilə koordinasiyada olmalı olduğunu vurğulayıb: “Bu cür əməliyyatların Dəməşq hökuməti ilə edilməli olduğunu həmişə demişik. Türkiyənin terrorçu aksiyalarla bağlı narahatlıqlarını anlayırıq, amma Dəməşqin razılığı olmadan aparılacaq hərbi əməliyyatlar problemin həllinə kömək etməz. Türkiyəyə narahatlıqlarını Suriya hökumətilə əlaqələndirməsi mövzusunda köməyə hazırıq”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Suriyadan çıxması qərarının ətraflı təhlilini aparmağın hələ çox tez olduğunu deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap