header

 Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei dəyərli islam alimi Ayətullah Seyyid Mahmud Haşimi Şəhrudinin vəfatı münasibətilə başsağlığı verib.

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei dəyərli islam alimi Ayətullah Seyyid Mahmud Haşimi Şəhrudinin vəfatı münasibətilə başsağlığı verib.

Tashaio.com “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim və Məsləhət Şurasının sədri Ayətullah Haşimi Şahrudinin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım.

Bu müsibətli hadisə təqribən  bir il ağır xəstəlikdən sonra baş verib. Təxminən bir il davam edən ağır xəstəlik nəticəsində ortaya çıxan bu ağrılı hadisə, o, böyük ruhaninin İslam nizamı ilə elm hövzələrinə verdiyi xidmətlərdən xəbərdar olan hər kəsi dərindən kədərləndirmişdir.

Konstitusiyanı Qoruma Şurası ilə Siyasi Məsləhət Şurasının nüfuzlu üzvlərindən biri olan bu mühüm şəxsiyyət, elm sahəsində bir çox bərəkətli əsərə imza atmışdır. Ayətullah Şahrudi üç şəhidin qardaşı olmaqla yanaşı, böyük mücahid şəhid Seyid Məhəmməd Baqir Sədrin ən yaxın adamlarından biri idi. O mərhumdan çoxlu elmi əsərlər yadigar qalıb.
Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, hörmətli həyat yoldaşına, şagirdlərinə,  sevənlərinə , Qum dini elmi hövzəyə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei dəyərli islam alimi Ayətullah Seyyid Mahmud Haşimi Şəhrudinin vəfatı münasibətilə başsağlığı verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap