İrandakı hərbi təlimlər zamanı maraqlı hadisə yaşanıb; General hədiyyə verdi... VİDEO
Posted on : iran 12/22/2018
İranın cənubunda hərbi təlimlər zamanı maraqlı hadisə yaşanıb
Tashaio.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın cənubunda keçirilən hərbi təlimlər zamanı maraqlı hadisə yaşanıb.
Belə ki, İranın cənubunda hərbi təlimlər zamanı İran İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlar Komandanı general Məhəmməd Pakipur yaxınlıqdakı kənddə toy mərasimini görüb, ora gedib. Ərəblərin sıx yaşadığı kəndə daxil olan general, birbaşa toya gəlib və bəylə əl sıxışıb, ona hədiyyə verib.
Mərasim zamanı çıxış edən Oakipur toy mərasimi zamanı hərbi təlimlərin səsindən verdikləri narahatçılığa görə, üzrxahlıq edib.