header

 Ruhani ABŞ-ın İrana qarşı sanksiyalarını terror aksiyası adlandırdı

İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları terror aksiyası adlandırıb.

İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları terror aksiyası adlandırıb. Tashaio.com-un verdiyi məlumata görə, İİR dövlət başçısı bu barədə rəsmi səfərdə olduğu Ankarada brifinqdə bəyan edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp may ayında elan etdi ki, Vaşinqton nüvə sazişindən çıxır və İrana qarşı sanksiyaları bərpa edir.

«ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya - terror aksiyasıdır. Çünki bu yolla onlar bizim müttəfiqləri qorxutmaq istəyirlər və bizimlə ticarət əlaqəsi qurmamaları üçün onları təhdid edirlər. Ölkələri, kompaniyaları, biznesmenləri, iqtisadiyyatda çalışan hər bir kəsi hədələyirlər. Bu, bütün beynəlxalq qanunlara ziddir. Mən prezident Rəcəb Tayyid Ərdoğana və Türkiyəyə davamlı mövqeyinə və İrana dəstəyinə görə təşəkkür edirəm», - deyə o bildirib.

İran prezidenti dünyada sadəcə bir neçə ölkənin ABŞ-ın tərəfində olduğunu bildirərək, sadəcə bir ölkənin maraqları üçün qərar verilən dövrlərin artıq geridə qalmasına ümidvar olduğunu deyib.

İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları terror aksiyası adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap