İran prezidenti Həsən Ruhani Türkiyəyə gedir
Posted on : iran 12/18/2018
İran prezidenti Həsən Ruhani Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə sabah Ankaraya gedəcək.
İran prezidenti Həsən Ruhani Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə sabah Ankaraya gedəcək. Tashaio.com-un Milliyyət-ə istinadla verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının Mətbuat Bürosundan bildirilib.
Bildirilir ki, 2 günlük səfər zamanı Ruhaniyə iqtisadi və siyasi müşavirləri müşaiyyət edəcək.
Ruhani səfər çərçivəsində iki ölkə liderlərinin rəhbərliyi ilə keçiriləcək 5-ci Ali Strateji Əlaqələr Şurasına qatılacaq. Toplantıda iki ölkə arasında ticarətin 30 milyard dollara çıxarılması üçün iki ölkə prezidentinin mənimsədiyi hədəflər müzakirə olunacaq.
Ziyarət çərçivəsində iki ölkə arasında iqtisadi, mədəni və siyasi sahələrdə önəmli anlaşmaların imzalanması gözlənilir.