header

 Ötən il ABŞ-da 40 min nəfər atəşli silahla öldürülüb

Silahla törədilən cinayətlərin sayı son 40 ilin ən yüksək həddinə çatıb

ABŞ-da 2017-ci il ərzində atəşli silahla törədilən cinayətlərin sayı son 40 ilin ən yüksək həddinə çatıb.
 
Tashaio.com “AA”a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin İdarə Edilməsi və Müalicəsi Mərkəzinin  araşdırmasında qeyd olunub.
 
Məlumaya görə, ötən il ABŞ-da 39 min 773 nəfər atəşli silahla öldürülüb. Bu isə hər gün ortalama 109 nəfərin öldürülməsi deməkdir. Onlardan 36,5 faizi qaradərililər olub.
 
23 min 854 nəfər isə silahla intihar edib ki, bu da son 18 ilin ən yüksək göstəricisi olub.
 
Mərkəz vəziyyətin getdikcə pisləşməsi və bu səbəbdən silah satışında şərtlərin sərtləşdirilməsinin vacib olduğu barədə xəbərdarlıq verib.
Silahla törədilən cinayətlərin sayı son 40 ilin ən yüksək həddinə çatıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap