header

 Türkiyədən ABŞ-a: Suriyada bizə mane ola bilməyəcəksiniz!

Türkiyə DİN başçısı ölkəsinin planları haqda danışıb.

Tashaio.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə daxili işlər naziri Süleyman Soylu bəyan edib ki, ABŞ Türkiyəyə Suriyada Fəratdan şərqdə əməliyyat keçirməyə mane ola bilməyəcək.

Vaşinqtonda güman edirdilər ki, terrorçuların əlləri ilə Türkiyəyə zərbə endirə biləcəklər. ABŞ Türkiyəyə qarşı beynəlxalq təzyiq təşkil etməyə çalışırdı. Lakin Ankara bütün maneələrin öhdəsindən gələ bildi.”, - deyə o bildirib və sözügedən terrorçuların ABŞ tərəfindən hazırlandığını qeyd edib.

O əlavə edib ki, ABŞ İraqın şimalı və Afrindəki əməliyyatlar zamanı da Türkiyəni təcrid etməyə çalışıb.

İndi isə Vaşinqton Fərat çatından şərqdə də oxşar addımlar atmağa cəhd edir. Türkiyə buna əvvəllər də imkan verməyib, indi də imkan veməyəcək.”, - deyə Soylu bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yaxın günlərdə Suriyada yeni əməliyyat başladacığını elan etmişdi.

ABŞ, həmçinin Avropa İttifaqının Diplomatiyasının Başçısı da Türkiyəni bu addımdan çəkinməyə səsləyib.

Türkiyə DİN başçısı ölkəsinin planları haqda danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap